Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-04-2024 , 19:34

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə qəsəbəsində vətəndaş qəbulu keçirilib

Bu gün Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli  bələdiyyənin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

Bələdiyyə sədri qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Anar Hüseynli  müraciətlərin qısa müddətdə araşdırılaraq bələdiyyəyə aid olan məsələrlə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Qəbulda iştirak edən Fuad Əliyev və digərləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Bələdiyyədən bildiribər ki, hər gün qəsəbənin 5-8 sakini bu və digər  məsələlərlə bağlı bələdiyyəyə müraciət edirlər. Mürəciət edən qəsəbə sakinlərinin hər biri bələdiyyə sədri və rəsmiləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilir. Bələdiyyə vergilərinin ödənişiylə bağlı məqamlara vergi xidmətinin əməkdaşları aydınlıq gətirərək həlliylə bağlı addımlar atırlar.

Bununla bağlı Belediyye.info açıqlama verən sədr Anar Hüseynli deyib ki, bələdiyyənin əsas vəzifəsi bu gün vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır. Odur ki,  əldə etdiyimiz maliyyə vəsaitinin xeyli bir qismini məhz sakinləri narahat edən məsələlərin həllinə yönəldirik.

Belediyye.info  

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər